Qəzzada ölənlərin sayı açıqlandı 

Qəzzada ölənlərin sayı açıqlandı 

İsrailin Qəzza zolağına etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı son 24 saatda 104 nəfər artaraq 29 min 514 nəfərə çatıb.

"Cebhe.info" xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin 140 gündür həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrailin son 24 saatda 104 fələstinlini öldürdüyü, ümumi can itkisinin isə 29 min 514-ə yüksəldiyi bildirilib.

Bildirilib ki, son hücumlarda 160 fələstinli yaralanıb, yaralıların ümumi sayı 69 min 616-ya yüksəlib.

Səhiyyə Nazirliyinin açıqlamasında dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Nigar Hacılı 
"Cebhe.info"