Qəzzada ölənlərin sayı artıb

Qəzzada ölənlərin sayı artıb

İsrail ordusunun Qəzza zolağına son 10 gündə həyata keçirdiyi hücumlarda 716 fələstinli həyatını itirib.

"Cebhe.info" xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, son 10 gündə yaralanan fələstinlilərin sayı 2 min 149-a yüksəlib.

Səhiyyə Nazirliyinin bu gün verdiyi açıqlamaya görə, İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi 4 hücumda 34 nəfər həyatını itirib, 71 nəfər isə yaralanıb.

İsrailin 7 oktyabr 2023-cü ildə Qəzzaya başlatdığı hücumlarda ölənlərin sayı 252 gündə 37 min 266-ya, yaralıların sayı isə 85 min 102-yə yüksəlib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də bildirilib.

Nigar Hacılı 
"Cebhe.info"