Qırğızıstan da "Mir" ödəniş sistemindən çıxıb

Qırğızıstan da "Mir" ödəniş sistemindən çıxıb

Qırğızıstan bankları aprelin 3-dən Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb.

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Banklararası Prosessinq Mərkəzindən məlumat verilib.

Addım ABŞ-ın ikinci dərəcəli sanksiyalarından yayınmaq üçün atılıb.

Eyni zamanda, Rusiya və Qırğızıstanda banklar arasında köçürmə imkanı "Mir" kartlarına xidmət dayandırıldıqdan sonra da qalacaq.

Qeyd edək ki, bundan əvvəl Ermənistan və Qazaxıstanda da bu addımı atıb.

"Cebhe.info"