Qriqoryan: "Ermənistan hərbi əməkdaşlıq üçün yeni..."
Ermənistanın əsas təhlükəsizlik və xarici siyasət prioriteti diversifikasiyadır və onun əsas məqsədi ən azı 2020-ci il müharibəsi və ondan sonrakı dövrlərdə yaşadığımız problemləri idarə edilə bilən etmək, həmçinin Ermənistanın imkanlarını artırmaqdır.
Modern.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 18-də II Dünya Erməni Sammitində bildirib.
Qriqoryanın sözlərinə görə, uğurlardan biri də hərbi-texniki əməkdaşlıqdır
“Keçmişdə Rusiya Federasiyası ilə hərbi-texniki əməkdaşlıq 96 faizə çatıb. İndi 10-dan azdır. Bu, son 3-4 ilin siyasi uğurudur. Bu gün bizim hərbi-texniki əməkdaşlıq sahəsində bir neçə mühüm tərəfdaşımız var. Biri Hindistan, digəri Fransa və biz başqa tərəfdaşlar axtarırıq”, - deyə o bildirib.
Armen Qriqoryanın sözlərinə görə, hakimiyyət hərbi-texniki istehsalın təqribən 25-30 faizinin Ermənistan daxilində yerləşməsinə, yəni hərbi sənayenin Ermənistanın ehtiyaclarını ödəməsinə çalışır:
“Bu, bizim strateji hədəfimizdir və biz də istəyirik 4-5 tərəfdaş var, onların hər biri ilə əməkdaşlıq həcmi 20 faizi keçməyəcək”.
Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, Ermənistan həm də iqtisadi məsələlərdə diversifikasiya üçün tərəfdaşlar axtarır.
“İqtisadi diversifikasiya da vacibdir. Bu gün dünyanın demək olar ki, hər bir ölkəsi şaxələndirməyə çalışır.
Ermənistan üçün strateji prioritetlər suverenliyin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması və demokratiyanın gücləndirilməsidir. Bizim məqsədimiz həm də diversifikasiya prosesinin bu strateji məqsədlərə uyğun olmasını təmin etməkdir”, - deyə Armen Qriqoryan vurğulayıb.
"Cebheinfo.az"