Rəngarəng seçki mənzərələri: Kimi tutuquşu ilə gəldi, kimi quzu ilə- FOTOLAR                          

Rəngarəng seçki mənzərələri: Kimi tutuquşu ilə gəldi, kimi quzu ilə- FOTOLAR                          

Türkiyədə prezident seçkilərinin ikinci turu üçün səsvermə davam edir.

İlk turda olduğu kimi, bu turda da rəngarəng geyimləri ilə səsverməyə gələn seçilər fərqləniblər.

Cebhe.info xəbər verir ki, seçicilərin maraqlı görüntüləri sosial şəbəkədə və Türkiyə mətbuatında paylaşılıb.

Qarsda səs vermək üçün seçki məntəqəsinə gedən Cem və Şeyda Kızılkaya cütlüyü yerli Qafqaz libasında olublar.

Digər seçici Nazim Cihan adlı şəxs tutuquşusu ilə səsvermə prosesini həyata keçirib.

Muğlanın Fəthiye rayonunda yaşayan Oktay Durukan prezident seçkilərinin ikinci turunda milli "yörük" geyimində səs verib. Onun bu geyimi vətəndaşların marağına səbəb olub, bəzi vətəndaşlar onunla foto çəkdiriblər.

Aydında bir qrup seçici prezident seçkilərinin ikinci turunda "efe" paltarında səs verib.

Səs verməyə gedənlər arasında bu gün toyu olacaq bəy və gəlin də olub. Türkiyə qaydalarına görə, ölkədə toy bu gün səsvermə bitdikdən sonra keçirilə bilər. Məntəqəyə gəlin və bəy libasında gələn cütlüyün də toyu saat 18:00-da başlayacaq.

Daha bir vətəndaş isə seçki məntəqəsinə öz quzusu ilə gəlib. Bu görüntü də sosial şəbəkədə xeyli maraqla qarşılanıb.

Bursada isə bir vətəndaş maral geyimində səs verməyə gəlib.

Günay Şahmar
Cebhe.info