Rişi Sunak Baş nazirlə görüşdən imtina etdi

Rişi Sunak Baş nazirlə görüşdən imtina etdi

Böyük Britaniyanın Baş naziri Rişi Sunak yunan həmkarı Kiriakos Mitsotakis ilə çərşənbə axşamı planlaşdırılan görüşü ləğv edib.

Cebhe.info-nun məlumatına görə, bu barədə Yunanıstanın Baş nazirinin saytında dərc olunan məlumatda deyilir.

Görüş zamanı Britaniya Muzeyindən qədim Parfenon məbədinin şah əsərlərinin Afinaya qaytarılması ilə bağlı müzakirələr aparılmalı idi.

"Böyük Britaniyanın baş nazirinin planlaşdırılan görüşümüzün baş tutmasına bir neçə saat qalmış ləğv etməsindən narahatlığımı bildirirəm", - Mitsotakis deyib.

Qeyd edək ki, Yunanıstanın Baş naziri Londonda işgüzar səfərdədir.

Cebhe.info