Rus ordusu bu istiqamətdə ağır itkilər verir - VİDEO
Avqustun 9-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Rılsk şəhəri yaxınlığında Rusiya hərbi texnikasından ibarət karvanı yandırıb.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə videomaterial Rusiyanın “Novosti” agentliyinin “Telegram” kanalı yayıb.
Analitiklərin açıq kəşfiyyat mənbələrinə istinadən gəldiyi qənaətə görə, video Rusiya işğalından əvvəl Ukraynanın Qluxov şəhəri ilə Kurskunu birləşdirən, Rılsk və Lqovdan keçən magistralda çəkilib.
Qeyd olunur ki, karvan Rılskdan 8 km aralıda yerləşən Oktyabrskoye kəndində hücuma məruz qalıb.
Analitiklər güman edir ki, zərbənin endirildiyi yer sərhəddən 30 km aralı və Korenevo kəndinə ən yaxın nöqtədən 20 km məsafədə yerləşir.
Burada rus hərbi bloqçularının məlumatına görə, döyüşlər davam edir.
Bir sıra Rusiya telekanalları da atəşə məruz qalanın Rusiya hərbi texnikası karvanı olduğunu bildirib.
Onlardan birinin - “Hərbi xəbərçi”nin məlumatına görə, Ukrayna hərbçiləri “HIMARS” qurğularından istifadə ediblər. Lakin bu məlumat təsdiq olunmayıb.
“Novosto” agentliyi “Google Maps” görüntülərindən istifadə edərək, atışma yerinin Kursk vilayətinin Rılski rayonunun Jovtnevoye kəndi olduğunu təsdiqlədiyini bildirib.
Videoda ondan çox yanmış yük maşını, bəzilərində rus əsgərlərinin cəsədlərinin olduğu görünür.
Hərbi analitik Yan Matveyevin sözlərinə görə, bütöv bir batalyon məhv edilib.
“Bu, bütün müharibə ərzində ən qanlı və ən kütləvi zərbələrdən biridir (çox güman ki, “HIMARS”-la)”, - ekspert belə yazıb.
https://twitter.com/tweetsNV/status/1821804163191210049
Müşfiq Abdulla
“Cebheinfo.az”