Rusiya Afrika ölkələrində səfirlik açacaq 

Rusiya Afrika ölkələrində səfirlik açacaq 

Moskva daha bir neçə Afrika ölkəsində diplomatik nümayəndəliklərin açılması üzərində işləyir.

"Cebhe.info" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Afrika Departamentinin rəhbəri Vsevolod Tkaçenko müsahibəsində bildirib.

Tkaçenko:

"Burkina-Fasodakı səfirliyimiz yeni ildən əvvəl açıldı və Rusiyanın Ekvatorial Qvineyadakı diplomatik nümayəndəliyi də tezliklə fəaliyyətə başlayacaq. Daha bir neçə missiya yoldadır, işlər başa çatan kimi onların harada olacağını açıqlayacağıq”, - deyə bildirib.

Tkaçenko əlavə edib ki, Moskva yeni istiqamətlərə aviareyslərin açılması üçün Afrika ölkələri ilə danışıqlar aparır.

Rusiya ilə Afrika arasında uçuşların genişləndirilməsi imkanları ilə bağlı sualı diplomat belə cavablandırıb: “Məqsəd Rusiya-Afrika sammitlərində qəbul edilən qərarlardan irəli gəlir və əlbəttə ki, iqtisadi və logistik çətinliklər nəzərə alınmaqla iş davam edir”.

Nigar Hacılı 
"Cebhe.info"