Rusiya bir gecədə 12 nəfəri öldürdü

Rusiya bir gecədə 12 nəfəri öldürdü

Mayın 25-nə keçən gecə Rusiyanın Ukraynaya kütləvi hücumu nəticəsində 12 nəfər həlak olub.

“Cebheinfo.az” “RBC-Ukrayna”-ya istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri İqor Klimenko  60-dan çox insanın yaralandığını bildirib.

Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, ölənlər arasında Jitomir vilayətində bir ailədən olan üç uşaq da var. Onların valideynləri xəstəxanaya yerləşdirilib, analarının vəziyyəti ağırdır.

Klimenkonun qeyd etdiyi kimi, Rusiyanın hücumuna 13 rayon, o cümlədən Kiyev şəhəri, Kiyev, Jitomir, Xmelnitski, Ternopil, Dnepropetrovsk, Nikolayev, Odessa, Xarkov, Çerniqov, Çerkassı, Sumi və Poltava vilayətləri məruz qalıb.

Ukraynada 80-dən çox yaşayış binasına ziyan dəyib. 27 yanğın hadisəsi qeydə alınıb, 3 yerdə yanğınsöndürənlər hələ də alovu söndürürlər.

Xəzər
“Cebheinfo.az”