Rusiya ən çox taxılı bu ölkəyə ixrac edib

Rusiya ən çox taxılı bu ölkəyə ixrac edib

Rusiya medias taxıl ixracının rekord qırdığını və hansı ölkənin ən böyük alıcı olduğunu açıqlayıb.

Cebhe.info xəbər verir ki, Rusiyada taxıl istehsalçıları ixracda yeni rekor qırır.

"Kommersant" qəzeti yazır ki, ödəniş kanallarında problemlər və taxıl müqaviləsi ilə bağlı qeyri-müəyyənliklərə baxmayaraq, istehsalçılar rekord məhsul sayəsində 59 milyon ton taxıl ixrac edə biliblər.

“Rusargotrans” Rusiya istehsalçılarının 2022-ci il iyulun 1-dən 2023-cü il iyunun 30-dək olan dövrü əhatə edən kənd təsərrüfatı mövsümündə 48,2 milyon tonu buğda olmaqla 59,3 milyon ton taxıl ixrac etdiyini açıqlayıb. Sektor müşahidəçiləri bu rəqəmlərin yeni rekorda uyğun olduğunu qeyd edirlər.

Beləliklə, Rusiya 2017-2018-ci il mövsümündə dünya buğda istehsalında 11,3 faiz olaraq hesablanan payını 13 faizə çatdıra bilib. Yeni mövsümdə mayın sonu etibarilə Rusiyadan ən çox taxıl idxal edən ölkə 10,6 milyon tonla Türkiyə olub.

Türkiyəni Misir, İran, Səudiyyə Ərəbistanı, Əlcəzair və Liviya kimi ölkələr izləyir.

Nigar
Cebhe.info