Kurskun Ukraynanın nəzarətində olan ərazilərinin 63,2 faizi azad edilib

Kurskun Ukraynanın nəzarətində olan ərazilərinin 63,2 faizi azad edilib

Rusiya ordusu Kurskun Ukraynanın hərbi qüvvələrinin nəzarətində olan ərazilərinin 63,2 faizini azad edib.

TASS-ın xəbərinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bütün istiqamətlərdən edilən həmlə nəticəsində qarşı tərəf itkilər verərək, geri çəkilir:

“İndiyədək Kurskun qarşı tərəfin nəzarətində olan 1268 kv. km-lik ərazisinin 63,2 faizi (801 kv. km) hissəsi azad edilib”.

"Cebheinfo.az"