Rusiya məşhur təşkilata seçilə bilmədi

Rusiya məşhur təşkilata seçilə bilmədi

Rusiya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) icraiyyə komitəsinə seçilə bilməyib.

Modern.az xəbər verir ki, bu barədə qurum X hesabında məlumat yayıb.

TASS bildirir ki, səsvermənin nəticələrinə əsasən, Rusiya tələb olunan minimum 66 səsdən 65 səs toplayıb. Gələn il üçün şuraya 21 ölkə seçilib.

Şərqi Avropa Qrupundan Polşa, Litva və Ukrayna, Afrika ölkələrindən Qana, Əlcəzair, Nigeriya və Cənubi Afrika, Asiya qrupundan Banqladeş, Pakistan, Malayziya və İran Latın Amerikası və Karib hövzəsindən Qvatemala, El Salvador, Çili və Ekvador, Qərbi Avropa qrupunda Belçika, Yunanıstan, Danimarka, Yeni Zelandiya və İspaniya seçilib.

Qeyd edək ki, noyabrın 27-dən dekabrın 1-dək Haaqada KSQT iştirakçısı olan Dövlətlərin Konfransının 28-ci sessiyası keçirilir.

Cebhe.info