Rusiya Ukraynada supermarketə hücum etdi: 10 ölü, 35 yaralı
Rusiyanın Ukraynanın şərqindəki Konstantinivka şəhərində supermarketə hücumu nəticəsində azı 10 nəfər ölüb, 35 nəfər yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, qəsəbə ən yaxın rus mövqelərindən təxminən 13 kilometr məsafədədir və demək olar ki, hər gün hücumlara məruz qalır.
Daxili işlər naziri İqor Klimenko “Telegram”dakı paylaşımında 10 nəfərin öldüyünü, 35 nəfərin yaralandığını bildirib.
Prezident Volodimir Zelenski günorta hücumuna görə qisas alacağını vəd edib.
Zelenski “Telegram” sosial şəbəkəsindəki paylaşımında Rusiyanın bu hücuma görə məsuliyyət daşıdığını qeyd edib.
Ləman İsmayıl
"Cebheinfo.az"