Rusiya və Şimali Koreya XİN başçıları görüşəcək

Rusiya və Şimali Koreya XİN başçıları görüşəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın 17-də Şimali Koreya XİN başçısı Çxve Son Xi ilə görüşəcək.

Bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, KXDR XİN başçısı ilə Lavrov arasında qısa görüş planlaşdırılır.

Qeyd edək ki, Şimali Koreyalı nazirin sentyabrın 18-dən 20-dək Sankt-Peterburqa səfər edəcəyi, Avrasiya Qadınlar Forumunda iştirak edəcəyi xəbəri yayılıb.

"Cebheinfo.az"