Rusiya XİN estoniyalı naziri məntiqsizlikdə ittiham edib

Rusiya XİN estoniyalı naziri məntiqsizlikdə ittiham edib

“Estoniyanın daxili işlər nazirinin Rus Pravoslav Kilsəsi ilə bağlı açıqlaması onun psixikasındakı ciddi problemlərin göstəricisidir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, həmçinin estoniyalı naziri məntiqsizlikdə də ittiham edib.

Xatırladaq ki, bir qədər əvvəl Estoniyanın daxili işlər naziri Lauri Lyaenemets Rus Pravoslav Kilsəsinin terror təşkilatı elan olunmasını təklif edib. Nazir əlavə edib ki, bu məsələ ölkə ərazisindəki pravoslavlara təsir etməyəcək.

"Cebhe.info"