Rusiyalı hakerlər Paşinyanın ofisinin məlumat bazasını ələ keçiriblər

Rusiyalı hakerlər Paşinyanın ofisinin məlumat bazasını ələ keçiriblər

Rusiyanın haker qruplarından biri FTP ötürmə sistemi vasitəsilə Ermənistanın baş naziri Nikol Paşinyanın aparatının məlumat bazasına sızdığını iddia edir.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Hakerlər hökumətdən onların hesabına 2,5 milyon dollar köçürməyi tələb ediblər. Əks təqdirdə, məlumat bazası növbəti 48 saat ərzində məhv ediləcək.

Qeyd olunur ki, bu ilin iyun ayında Ermənistan prezidenti, baş naziri və hüquq-mühafizə orqanlarının rəsmi saytlarına hücumun həmin haker qrupu tərəfindən təşkil edildiyi ehtimal olunur.

"Cebheinfo.az"