Rusiyanın müharibəni davam etdirməyə pulu yoxdur?
“Rusiya Ukraynada xüsusi əməliyyatı davam etdirə bilir, bunun üçün kifayət qədər pul var”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Prezidentin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən deyib.
“Bizim Silahlı Qüvvələrin kifayət qədər imkanları var, Silahlı Qüvvələrə dəstək baxımından kifayət qədər iqtisadiyyatımız var. Xüsusi hərbi əməliyyat davam edəcək və bütün məqsədlərə nail olunacaq”, - Kreml nümayəndəsi vurğulayıb.
Bir sıra Qərb ölkələrində siyasətçilərin “Rusiyanı necə və harada vurmalı” ifadələrini şərh edən Peskov qeyd edib ki, Rusiyada kifayət qədər mütəxəssis var.
“Onlar artıq oxşar istiqamətdə düşünürlər. Bununla belə, “Prezident bu məsələlərdə həmişə son dərəcə diqqətli olur”, - mətbuat katibi əlavə edib.
Xəzər
“Cebheinfo.az”