SEPAH 2 generalının öldürüldüyünü təsdiqlədi

SEPAH 2 generalının öldürüldüyünü təsdiqlədi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr xidməti İsrailin Dəməşqə raket hücumu nəticəsində daha bir generalın həlak olduğunu açıqlayıb.

Adı bu dəfə açıqlanan general Məhəmməd Hadi Hacı Rəhimidir. 

“Cebhe.info” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bundan əvvəl İran mediası yalnız İran İslam İnqilabı Keşikçiləri Korpusunun Suriya və Livandakı komandiri Məhəmməd Rza Zahidinin öldürüldüyünü bildirmişdi. Onlarla yanaşı daha 5 nəfərin həlak olduğunu açıqlanıb.

Xəzər
“Cebhe.info”