Serbiyada hərbi zavodda partlayış olub
Serbiyada "Kruşik" müdafiə müəssisəsinin sexlərindən birində güclü partlayış olub.
Oxu.Az-ın Ura.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Valyevo şəhər polisi xəbər yayıb.
Bildirilib ki, hadisə baş verən vaxt müəssisədə 20 işçi olub. Onlardan yeddisi müxtəlif dərəcəli xəsarətlər alıb.
Qeyd olunub ki, Valyevoda yerləşən "Kruşik" Serbiyanın ən böyük müdafiə sənayesi müəssisələrindən biridir və dövlət mülkiyyətindədir.
Serbiyada oxşar hadisə may ayının sonunda da baş vermişdi. Həmin vaxt "Kruşik" müəssisəsində baş verən partlayış nəticəsində xəsarət alan əməkdaş yüngül yaralanmışdı. 2022-ci ildə baş verən partlayışda isə 40 nəfər yaralanmışdı.
"Cebheinfo.az"