Sərnişin təyyarəsi alovlandı

ABŞ-də sərnişin təyyarəsinin mühərriki alovlanıb.
“Cebheinfo.az” xəbər verir ki, yanğın təşvişi Florida ştatındakı Orlando Beynəlxalq Hava Limanından Georgia ştatındakı Hartsfield-Jackson Atlanta Beynəlxalq Hava Limanına uçmağa hazırlaşan təyyarədə yaşanıb.
Delta Hava Yollarına məxsus Airbus A330 tipli təyyarə 282 sərnişinlə birlikdə qapıdan ayrılaraq uçuş zolağına doğru hərəkət edərkən mühərriklərindən biri alovlanıb. Sərnişinlər dərhal təxliyə olunub və yanğın qısa müddətdə nəzarət altına alınıb. Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilib.
Əfsanə Rəcəb
“Cebheinfo.az”