Seyid Əli Xameneyinin dəfninin vaxtı açıqlanıb
İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin dəfn mərasimi iyunun 26-dan sonra keçiriləcək.
Bu barədə “Tasnim” Xameneyinin əsərlərinin mühafizə və nəşri ofisinə istinadən məlumat yayıb.
Bildirilib ki, Xameneyinin dəfn mərasimi ilə bağlı yerli və xarici mediada yayılmış iddialar həqiqəti əks etdirmir.
Xameneyi ilə vida və dəfn mərasiminin Məhərrəm ayının ilk ongünlüyündən sonra keçiriləcəyi və bununla bağlı daha sonra ətraflı məlumat veriləcəyi qeyd olunub.
Qeyd edək ki, İranın sabiq Ali Rəhbəri vəsiyyətinə uyğun olaraq, Məşhəddə İmam Rza türbəsində dəfn olunacaq.
Xatırladaq ki, Seyid Əli Xameneyi 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb.
Daha sonra onun yerinə oğlu Müctəba Xameneyi seçilib.
"Cebheinfo.az"

