Sosial şəbəkədə paylaşdığı videoya görə cərimə olundu

Sosial şəbəkədə paylaşdığı videoya görə cərimə olundu

Moskvada bir qadın illər əvvəl VK (“Vkontakte”) sosial media platformasında paylaşdığı videoya görə 100 min rubl cərimələnib.

"Cebheinfo.az" xəbər verir ki, polis gənc qadını metro stansiyasında saxlayıb və onun barəsində axtarış elan olunduğunu deyib.

Qadın bu vəziyyəti polisdən öyrənənə qədər heç nədən xəbərinin olmadığını bildirib.

Adı açıqlanmayan qadın illər əvvəl VK hesabında paylaşdığı bir videoda iki kişinin öpüşdüyünü və bunun “qeyri-ənənəvi dəyərlərin” təbliğatı kimi qiymətləndirildiyi qeyd edilib. 

Məhkəmə qadını təqsirli bilib və yüksək məbləğdə cərimə kəsib. Qadın LGBT icması ilə heç vaxt əlaqəsinin olmadığını və heç bir təbliğat məqsədi daşımadığını vurğulayıb.

Vəziyyəti araşdıran ekspertlər bildirirlər ki, hətta illər əvvəl sosial media hesablarında qeydə alınan məzmunlar da hüquq mühafizə orqanlarının radarına düşə bilər. 

Xüsusilə köhnə sosial media hesablarının məzmunlarının mütəmadi olaraq yoxlanılmalı və lazım gəldikdə təmizlənməli olduğu bildirilir.
 
Hadisədən sonra qadının vəkilləri hökmün qanunsuz olduğunu və apellyasiya şikayəti verəcəklərini bildiriblər. Rusiyada oxşar hallar artarkən, bu cür cəzalar geniş ictimai təsir bağışlayır.

Nigar Hacılı 
"Cebheinfo.az"