Süpürgəçinin adı məktəbə verildi - FOTOLAR
ABŞ-də süpürgəçi qadının adı məktəbə verilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu, Missuri ştatında baş verib.
Belə ki, 30 ildir həmin məktəbdə çalışan Kloden Uilsonun adı təhsil müəssisəsinə verilib. Bu, 64 yaşında təqaüdə yollanan qadın üçün böyük sürpriz olub.
Məktəb heyəti, eləcə də şagirdlər tərəfindən çox sevilən Kloden Uilson burada çalışdığı müddət ərzində, eyni zamanda, məktəbin avtobus sürücüsü, həyətyanı sahəsini biçən, santexnik kimi də fəaliyyətləri olub.
Kloden FOX TV-yə açıqlamasında bildirib ki, “onlara bir az pul saxlamaq üçün nə edə bildimsə, etdim. Biz o qədər də böyük məktəb deyilik. Biz bir komandayıq. Bütün bunlar uşaqlar üçündür”.
Svedeborq Məktəb Şurasının administratorunun köməkçisi Mark Sasfi deyib ki, məktəb binasına onun adının verilməsi ideyası bir neçə görüşdə səslənib. Bölgənin nəzarətçisi və məktəb şurasının üzvləri binanın Kloden Uilson Tədris Mərkəzi adlandırılmasına son təsdiq verərək razılaşıblar:
“Bu, elə də inandırıcı deyildi. Lakin idarə heyətinin üzvləri məktəbə gedib həmin qadının uşaqlar və cəmiyyət üçün nə qədər xüsusi biri olduğunu öz gözləri ilə gördülər. O, orijinal insandır”.
Qeyd edək ki, Kloden bu il rəsmi olaraq təqaüdə çıxsa da, fəaliyyətini davam etdirir.
"Cebheinfo.az"