Suriyada avtobus qəzasında azı 6 nəfər ölüb

Suriyada avtobus qəzasında azı 6 nəfər ölüb

Suriyanın qərbində avtobusun iştirakı ilə baş verən qəzada azı 6 nəfər ölüb, 38 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Avtobus Homs-Həma yolunda aşıb, nəticədə 6 nəfər ölüb, 38 nəfər yaralanıb”, - məlumatda deyilir.

Qeyd olunub ki, yaralılar yerli tibb məntəqəsinə yerləşdirilib. Səlahiyyətlilər qəzanın səbəblərini araşdırır.

"Cebhe.info"