Tailandda Rusiya vətəndaşı saxlanılıb

Tailandda Rusiya vətəndaşı saxlanılıb

Tailand polisi İnterpolun axtarışında olan Rusiya vətəndaşını saxlayıb.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiyanın Tailanddakı səfirliyi açıqlamasında bildirib:

"Rusiya vətəndaşı Nikolay Ştanko Tailand və Malayziya arasında quru sərhədini keçərkən krallığın immiqrasiya qanununu pozduğu üçün saxlanılıb. Saxlanılan Rusiya vətəndaşına konsulluqla əlaqəsi təmin edilib. Əməkdaşlarımız ona baş çəkib".

“Bangkok Post” qəzetinin məlumatına görə, Ştanko 2018-ci ilin oktyabrından 2020-ci ilin iyuluna qədər Rusiyada qanunsuz pul köçürmələri və çirkli pulların yuyulması ilə məşğul olan cinayətkar təşkilatın üzvü olmaqda şübhəli bilinir.

Nigar Hacılı 
Cebhe.info