Təyyarə dənizə düşdü: Məşhur musiqiçi öldü

Təyyarə dənizə düşdü: Məşhur musiqiçi öldü

Hondurasın Roatan adasından havaya qalxan təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra Karib dənizi sahillərində suya düşüb. 

Qəza nəticəsində 7 nəfərin öldüyü, 10 nəfərin isə dağıntılar altından sağ çıxarıldığını bildirilib. 

"Cebheinfo.az" xəbər verir ki, Honduras hava yolu şirkəti Lanhsa tərəfindən idarə olunan Jetstream təyyarəsində 14 sərnişin və 3 ekipaj üzvü olub. Uçuş manifestinə əsasən, sərnişinlər arasında ABŞ və Fransa vətəndaşları, iki uşaq olub. Təyyarə Honduras materikindəki La Seiba hava limanına uçmalı idi. Roatan Yanğınsöndürmə İdarəsinin rəisi Franklin Borjas polis və yanğınsöndürmə qruplarının xilasetmə işlərini davam etdirdiyini vurğulayıb. Qəzada həyatını itirənlər arasında məşhur Garifuna musiqiçisi Aurelio Martinez Suazo da var. 

Səlahiyyətlilər hələlik qəzanın səbəbləri ilə bağlı dəqiq açıqlama verməyib. Borjas xilas edilən sərnişinlərin yaxınlıqdakı xəstəxanaya aparıldığını bildirib. Qəza yerinə çatmağın çətin olduğunu vurğulayan səlahiyyətli, "Əraziyə piyada və ya üzməklə çatmaq mümkün deyil. Dağıntıların yerləşdiyi ərazidə 30 metrlik qaya var", -deyib. Xilasetmə qruplarında çalışan dalğıcların görmə məsafəsinin sıfır olduğunu deyən Borjas bu səbəbdən axtarış işlərinin böyük çətinliklə davam etdiyini bildirib. 

Nigar Hacılı 
"Cebheinfo.az"