Tramp: ABŞ çiçəklənəcək və bütün dünyada hörmət qazanacaq

Tramp: ABŞ çiçəklənəcək və bütün dünyada hörmət qazanacaq

ABŞ-nin qızıl dövrü elə indi başlayır. Ölkə çiçəklənəcək və bütün dünyada hörmət qazanacaq.

Bu sözləri ABŞ-nin 47-ci prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayan Donald Tramp dövlət başçısı kimi ilk çıxışında deyib.

Tramp ölkənin ölkənin təhlükəsizliyini gücləndirəcəyini bildirib.

“Bundan sonra özümüzdən istifadə olunmasına imkan verməyəcəyik”, - ABŞ lideri qeyd edib.

"Cebheinfo.az"