Türkiyədə FETÖ əməliyyatı: Saxlanılanlar var

Türkiyədə FETÖ əməliyyatı: Saxlanılanlar var

Türkiyədə 17 bölgədə polis FETÖ üzvlərinə qarşı əməliyyat keçirib.

“Cebhe.info” xəbər verir ki, bu haqda Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat paylaşıb.

“17 bölgədə poli FETÖ əməliyyatı keçirib və 90 nəfər şübhəli şəxs saxlanılıb”, - deyə nazir bildirib.

Qeyd edək ki, Türkiyədə polis 4 gündür FETÖ-ya qarşı “Kıskaç-18” adlı əməliyyata başlayıb.

Vilayət Muxtar
“Cebhe.info”