Saxta içkidən ölənlərin sayı 17-yə çatdı

Türkiyədə saxta alkoqol zəhərlənməsindən ölən Özbəkistan vətəndaşlarının sayı 17 nəfərə çatıb.
“Cebheinfo.az” APA-ya istinadən xəbər verir ki, bu barədə Özbəkistanın İstanbuldakı Baş konsulluğu məlumat yayıb.
Türkmənistanın iki vətəndaşı artıq fakt üzrə saxlanılıb. Onlardan 50 litr spirt və saxta sənədlər götürülüb.
“Cebheinfo.az”