Türkiyəli iş adamları təhdidlərə görə ABŞ rəsmilərini məhkəməyə verəcək

Türkiyəli iş adamları təhdidlərə görə ABŞ rəsmilərini məhkəməyə verəcək

Türkiyədə olan bir sıra iş adamları Rusiya ilə ticarət etdiklərinə görə onları sanksiyalarla hədələyən ABŞ rəsmilərini məhkəməyə verməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti yazıb.

Qeyd olunub ki, Amerikanın Ankara və İstanbuldakı səfirliyi və baş konsulluğunun diplomatları Türkiyə şirkətlərini və maliyyə qurumlarını Rusiya ilə ticarət əlaqələri ilə bağlı hədələyirlər.

“Müsahibə aldığımız türkiyəli iş adamları şirkətlərə və maliyyə qurumlarına baş çəkən və onları sanksiyalarla hədələyən ABŞ rəsmilərinə qarşı məhkəmə iddiası açmağa hazırlaşdıqlarını bildiriblər” - məqalədə vurğulanıb.

Qeyd olunub ki, pul köçürmələrini bloklayan və şəxsi məlumatları ABŞ-a ötürən banklar və onların filialları da məhkəməyə veriləcək.

"Cebhe.info"