Türkiyəyə ötən ay ən çox turist hansı ölkədən gəlib? – SİYAHI 

Türkiyəyə ötən ay ən çox turist hansı ölkədən gəlib? – SİYAHI 

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ölkəyə turist səfərləri ilə bağlı son statistikanı açıqlayıb.

“Cebhe.info” xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi yanvar ayı üzrə turizm statistikasına görə, Türkiyə 2024-cü ilin yanvar ayında 2 milyon 47 min 27 xarici ziyarətçi qəbul edib.

Ötən ilin eyni ayında gələn turistlərin sayı 2 milyon 6 min idi. Yanvar ayında ölkəyə gələn 2 milyon 47 min nəfərin 16 min 345-i gündəlik işçilər olub. 

2024-cü ilin yanvar ayında ölkəyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında Rusiya 11,26 faiz və 230 min 579 nəfərlə birinci, İran isə 10,35 faiz və 211 min 801 nəfərlə ikinci yerdədir. Bu ölkələri müvafiq olaraq Bolqarıstan, Almaniya və Gürcüstan izləyib.

Qeyd edək ki, Türkiyə 2023-cü ildə cəmi 56,7 milyon ziyarətçi və 54,3 milyard dollar gəlir əldə edib. Adambaşına bir gecəlik xərcləmə 99 dollar olub.

Nigar
“Cebhe.info”