Üç nəfər qohumunu öldürən qatilin işi məhkəmədə

Üç nəfər qohumunu öldürən qatilin işi məhkəmədə

Avstraliyanın Viktoriya ştatında "ölüm mələyi" kimi tanınan zəhərli "köygöçüren" göbələyi ilə həyat yoldaşının üç yaxın qohumunu zəhərləyərək öldürməkdə ittiham olunan Erin Patterson adlı qadının məhkəmə prosesi başlayıb.

“Cebheinfo.az” xəbər verir ki, 50 yaşlı Erin Patterson, ərinin valideynləri Don və Gail Patterson, eləcə də bibisi Heather Vilkinsonı zəhərli göbələkdən hazırladığı yeməklə qəsdən öldürməkdə, həmçinin ərinin digər qohumu Ian Vilkinsona qarşı isə qəsdən adam öldürməyə cəhddə ittiham olunur.

Onun barəsində üç dəfə adam öldürmə və bir dəfə adam öldürməyə cəhd maddələri ilə cinayət işi açılıb.

“The Guardian” qəzetinin məlumatına görə, Viktoriya Yüksək Məhkəməsi onun əri Simon Pattersona qarşı "adam öldürməyə cəhd" ittihamını ləğv edib. Erin Patterson ona qarşı irəli sürülən bütün ittihamları rədd edir. Məhkəmə prosesindən əvvəl 15 nəfərlik jüri heyəti formalaşdırılıb.

Məhkəmənin hakimi Kristofer Beale, münsiflər heyətinə müraciətində təqsirləndirilən şəxsin artıq ərini öldürməyə cəhd ittihamı ilə mühakimə olunmadığını bildirib.

Heyətdə 10 kişi, 5 qadın və 3 ehtiyat üzv olmaqla ümumilikdə 15 nəfər yer alır. Qərar qəbulunda yalnız 12 münsiflər heyəti iştirak edəcək və qərarın yekdilliklə verilməsi tələb olunur.

Hakim Beale münsiflər heyətinə xəbərdarlıq edərək, bu məhkəmə prosesi ölkədə geniş rezonans doğurduğuna görə, televiziya və mətbuatda, o cümlədən sosial mediada bu işlə bağlı yayılan məlumatlardan uzaq durmağı tapşırıb.

O, çıxışında bildirib:

“Sizin əsas vəzifəniz bu iş üzrə yalnız təqdim olunan sübutlara əsaslanaraq qərar verməkdir. Digər bütün fikirləri və duyğusal yanaşmaları bir kənara qoymalısınız. Qərar verərkən qəlbinizlə yox, ağlınızla düşünməlisiniz”.

Morvell şəhərində başlayan məhkəmə prosesinin çərşənbə günü davam edəcəyi gözlənilir. Prosesin isə ümumilikdə 5-6 həftə davam etməsi bildirilir. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”