Üçüncü Dünya müharibəsi: Tarix və ssenari

Üçüncü Dünya müharibəsi: Tarix və ssenari

ABŞ və İsrailin İrana hücumlarından və Tehranın Körfəz ölkələrinə qədər uzanan cavab addımlarından sonra Çin-Tayvan oxu qlobal təhlükəsizlik balansında yeni kövrək xətt kimi ortaya çıxır.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, kəşfiyyat hesabatlarına görə, Yaxın Şərqdə regional müharibə riskinin genişlənəcəyi təqdirdə ən həssas cəbhə Çinlə Tayvan arasında formalaşa bilər.

Tayvanın ada dövləti olması və ABŞ dəstəkli davamlı quru təchizat xəttinə malik olmaması mümkün böhranı daha da mürəkkəbləşdirən əsas amillərdən biri kimi göstərilir.

Qiymətləndirmələrə əsasən, Çinin ehtimal olunan dəniz və hava blokadasının yarılması ABŞ üçün yüksək intensivlikli birbaşa hərbi əməliyyatları faktiki olaraq zəruri edə bilər. Belə bir hədd aşılarsa, qarşıdurmanın regional çərçivədən çıxaraq qlobal miqyas alacağı bildirilir.

İqtisadi proqnozlara görə, qlobal ÜDM 10,2 faiz azala bilər və nəticədə ümumi itki 10 trilyon dollara çata bilər. Ən ağır iqtisadi zərbəni isə Şərqi Asiya ölkələrinin, xüsusilə Cənubi Koreya və Yaponiyanın alacağı ehtimal edilir.

Son dövrlərdə keçirilən hərbi ssenari təlimləri göstərir ki, Tayvan ssenarisi ABŞ-Çin arasında konvensional toqquşmanı ən qısa zamanda tetikləyə biləcək variantlardan biridir.

ABŞ təhlükəsizlik qurumları 2027-ci ili kritik hədd kimi qiymətləndirir. Eyni zamanda, Çinin 2020-ci ildən etibarən ballistik və qanadlı raket potensialını sürətlə artırdığı vurğulanır.

Çin Qərbi Sakit okean bölgəsində, o cümlədən ABŞ-nin Quamdakı hərbi bazalarını bir zərbə ilə hədəfə ala biləcək imkanlara yaxınlaşır. Bununla yanaşı, qarşıdurmanın nüvə mərhələsinə keçməsi ehtimalı da ən ciddi risk başlıqlarından biri hesab olunur.

Rusiya ilə birlikdə qlobal nüvə balansında əsas aktorlardan sayılan Çinin, ABŞ Müdafiə proqnozlarına görə, 2035-ci ilə qədər təxminən 1 500 nüvə başlığına malik ola biləcəyi bildirilir.

Bu isə Vaşinqtonun eyni vaxtda iki böyük nüvə gücü ilə strateji balansı qorumaq məcburiyyətində qalacağı yeni bir mərhələyə işarə edir.

Əfsanə 
“Cebheinfo.az”