Ukraynaya daha bir dəstək Gürcüstandan gəldi

Ukraynaya daha bir dəstək Gürcüstandan gəldi

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya ilə Ukrayna arasında davam edən müharibənin 2-ci ildönümündə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək verdiyini açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, Rusiyanın Ukraynada 24 fevral 2022-ci ildə başladığı müharibənin ildönümü ilə əlaqədar nazirliyin “X” sosial media hesabından yazılı açıqlama verilib.

Bəyanatda Rusiyanın Ukraynaya hücumu beynəlxalq hüququn fundamental prinsiplərini və Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsini açıq şəkildə pozaraq həyata keçirdiyi bildirilib:

"Müharibə çoxlu sayda insanın həyatına son qoyub və milyonlarla insanı didərgin salıb. Gürcüstan adından biz Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik. Gürcüstan Ukrayna və Ukrayna xalqı ilə həmrəy olmağa davam edir".

Naibə
"Cebhe.info"