Uran keçirməyə cəhd edən şəxs saxlanıldı

Uran keçirməyə cəhd edən şəxs saxlanıldı

Əfqan təhlükəsizlik qüvvələri 8,5 kiloqram (18,7 funt) uranı qeyri-qanuni yollarla Qəzni vilayətinin cənub-şərqindən Pakistana daşımağa cəhd edən şəxsi saxlayıblar.

Cebhe.info xəbər verir ki, bu barədə əyalət polisi çərşənbə axşamı verdiyi açıqlamada bildirib.

Hazırda Nik Mohammad adlı şübhəli Əfqanıstan Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Nigar Hacılı 
Cebhe.info