Xərçəngin müalicəsi üçün dərman istehsal olundu

Xərçəngin müalicəsi üçün dərman istehsal olundu

Moskvada onkologiyanı işığın köməyi ilə müalicə etmək üçün unikal dərman istehsal etməyə başlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

"Xəstəliyin ilkin mərhələlərində bu müalicə üsulu əməliyyatı əvəz edə bilər. Dərman xəstəyə yeridilir, şiş hüceyrələrində toplanır, sonra lazer və ya LED şüalanması ilə aktivləşdirilir " , - Sobyanin "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, dərman xərçəng hüceyrələrini demək olar ki, tamamilə məhv edə bilər.

Qeyd edək ki, 2023-cü ilin iyul ayının sonunda Rusiya xərçəng hüceyrələrini içəridən məhv etmək üçün yeni üsul hazırladığını elan edib. Alimlər yüksək tezlikli maqnit nanohissəciklərinin istehsalı üçün texnologiya hazırlayıblar. Onlar şişə yeridilir və 52-54 dərəcə istilikdə qızdırılır. Bununla da xəstə hüceyrələr məhv olur.

Cebhe.info