Yaponiya peyklərinin sayını iki dəfədən çox artırmağı planlaşdırır

Yaponiya peyklərinin sayını iki dəfədən çox artırmağı planlaşdırır

Yaponiya hökuməti özünün qlobal yerləşdirmə sistemi QZSS üçün peyklərin sayını iki dəfədən çox artırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hazırda sistemə dörd Mitibiki peyki daxildir və 2026-cı ilə qədər onların sayının 7-yə, 2030-cu illərin sonuna isə 11-ə çatdırılması planlaşdırılır.

Peyklərin sayının artırılmasının Yaponiyanın xarici mövqeləşdirmə sistemlərindən asılılığını azaltmaq məqsədi daşıdığı vurğulanır.

"Cebheinfo.az"