Yaponiya Sakit okeana raket yığır
Yaponiya Sakit okeanda Minamitorişima adası yaxınlığında gəmi əleyhinə raket sistemi yerləşdirmək qərarına gəlib.
"Cebheinfo.az" xəbər verir ki, Yaponiyanın ictimai yayımçısı NHK-nın məlumatına görə, qurudan gəmiyə raket buraxılış qurğusu olan “Type-12” sistemi və pilotsuz uçuş aparatları dünən səhər paytaxt Tokio yaxınlığındakı Çiba limanından Minamitorişima adasına yola salınıb.
Məlumata əsasən, Yaponiya Müdafiə Nazirliyinin bu addımı, 100 kilometrdən çox mənzilə malik “Type-12” gəmi əleyhinə raketləri üçün adada atış poliqonu yaratmaq və Sakit okean bölgəsində müdafiə xəttini gücləndirmək strategiyasının bir hissəsidir.
Nazirliyin planına görə, 2027-ci ilin aprel ayından etibarən adada faktiki raket atış təlimlərinə başlanılması nəzərdə tutulur.
Nigar Hacılı
"Cebheinfo.az"

