Zelenski həmin görüşün bəzi detallarını açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı iş adamı Roman Abramoviçlə görüşün bəzi detallarını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna lideri “The Guardian” qəzetinə müsahibəsində danışıb.
Bildirilir ki, Abramoviçlə görüş zamanı Zelenski Kiyevin heç vaxt Donbassdan imtina etməyəcəyini bəyan edib.
Nəşrin yazdığına görə, görüş may ayında Kiyevdə baş tutub. Bunun üçün Abramoviç gizlicə Kiyevə səfər edib.
Xatırladaq ki, daha əvvəl Zelenskinin Abramoviç vasitəsilə Rusiya Prezidenti Vladimir Putinə məktub göndərdiyi məlum olmuşdu. İyunun 4-də isə Ukrayna lideri rusiyalı həmkarına açıq məktub ünvanlayaraq, müharibəyə son qoymaq üçün birbaşa danışıqlara başlamağı təklif etmişdi.
"Cebheinfo.az"

