Aqil və İradəli görüş - FOTOLAR

Aqil və İradəli görüş - FOTOLAR

Qələm, söz adamı ilə bir görüş, ya adi bir söhbət, həqiqətən də Tanrıya xidmətdir, bəndəyə hörmət. Xüsusilə də yeniyetmələrin dünyagörüşü və şəxsiyyətinin formalaşdırılması və peşəyönümü ilə bağlı fəaliyyətdə belə görüşlərin müstəsna əhəmiyyəti var.

Bu fikirlər millət vəkili, yazıçı-publisist Aqil Abbas və Əməkdar jurnalist İradə Tuncayla Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbdə keçirilən görüşdə səsləndi. Maraqlı söhbət, yaddaqalan cavablar, diqqət çəkən məqamlarla müşayət olunan görüşdə qonaqlar müəllim və şagirdlərin suallarını cavablandırdılar.

Aqil insan ola bilmək üçün əzm və iradə ilə çalışmaq, mütaliəni həyat tərzinə cevirməyi tövsiyə etdilər. Sonda hər iki müəllifin kitabları məktəbin kitabxana fonduna hədiyyə edildi.

Cebhe.info