“Ədibin Evi”ndə növbəti görüş

“Ədibin Evi”ndə növbəti görüş

“Yalnız sevənlər anlar” – müasir hekayəçilik barədə söhbət” oktyabrın 13-də oxucular “Ədibin Evi”nə bu mövzunu dilnləmək, fikir mübadiləsi aparmaq üçün yığışmışdılar.

Cebhe.info xəbər verir ki, əsasən gənclərdən ibarət olan oxucuların görüşünə yazıçı Natiq Məmmədli dəvət olunmuşdu.

Söhbətin aparıcısı “Ədibin Evi”nin icraçı direktoru ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva müasir Azərbaycan ədəbi prosesinin inkişafına təkan vermək məqsədilə “Ədibin Evi”nin gördüyü işlərdən və gələcək fəaliyyətindən bəhs edib.

Yazıçı Natiq Məmmədli müasir hekayəçiliyin dil, üslub xüsusiyyətlərindən, bədii mətnlərin hazırlanmasının özünəməxsus cəhətlərindən söhbət açıb. Gənc oxucuları maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, XX əsr ədəbiyyatının klassiklərindən sayılan, görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin 1930-1940-cı illərdə yaşadığı ünvanda hazırda “Ədibin Evi” fəaliyyət göstərir. Bu ünvan artıq ədəbiyyat və mədəniyyət sevərlərə yaxşı tanışdır, yarandığı gündən bir sıra yaddaqalan layihələrə imza atmış “Ədibin Evi” Azərbaycanın mənəvi sərvətlərini təbliğ etmək kimi mühüm bir missiya yerinə yetirməkdədir.

Cebhe.info