Məmməd İsmayılın vəziyyəti pisləşdi

Məmməd İsmayılın vəziyyəti pisləşdi

Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan şair Məmməd İsmayılın vəziyyəti pisləşib. 

Yenisabah.az xəbər verir ki, bu barədə 85 yaşlı şairin ailə dostu Ehtiram İlham məlumat verib. O, Məmməm İsmayılın ağrılardan əziyyət çəkdiyini, gecələr yata bilmədiyini deyib. 

Qeyd edək ki, Məmməd İsmayıl 1 noyabr 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. O uzun müddət Azərbaycan Dövlət Televiziyasında, “Cəfər Cabbarlı adına Azərbaycanfilm” studiyasında, “Yazıçı”, “İşıq” nəşriyyatlarında çalışıb, 1988-1990-cı illərdə “Gənclik-Molodost” jurnalının baş redaktoru olub. Türkiyənin Çanaqqala şəhərində yerləşən On Səkkiz Mart Universitetinin professorudur. 

Azərbaycan və türk dillərində 50-ə yaxın kitabı çap olunub. 

"Cebhe.info"