Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - RƏSMİ AÇIQLAMA


Eyni dərman bir aptekdə 17 manat 38 qəpik, digərində isə 37 manatdır. Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Əczaçıların sözlərinə görə, sözügedən dərman iddia edildiyi kimi bəzi apteklərdə 17,38 manat, bəzilərində isə 37 manatdır.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin əczaçılıq, ekspertiza və digər xidmətlər sektorunun müdiri bildirib ki, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiyməti tarif şurası tərəfindən tənzimlənir. Həmin dərman vasitəsinin qiymətinin yuxarı həddi də 37 manat müəyyən edilib.

Sektor müdirinin sözlərinə görə, dərman qiymətləri idxal olunduğu ölkələrə görə müəyyənləşir.

Dərman qiymətinin bir aptekdə ucuz, bir aptekdə baha olması bəzi iqtisadi səbəblərlə də əlaqələndirilir.

Daha ətraflı aşağıdakı süjetdə:

"Cebhe.info"