Elçin Əmirbəyov: "Bakı sülh müqaviləsinin layihəsini İrəvana verib"

Elçin Əmirbəyov: "Bakı sülh müqaviləsinin layihəsini İrəvana verib"

"Yevlax şəhərində rəsmi Bakının və Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüş İrəvanla sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər".

Cebhe.info-nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov "Sky News Arabia" telekanalına bildirib.

E.Əmirbəyovun sözlərinə görə, müqavilə layihəsi artıq Ermənistana verilib.

“Biz sülh sazişi layihəsini Ermənistan tərəfinə vermişik və indi onların cavabını gözləyirik. Ermənilərin Qarabağ ərazisindən repatriasiyasına gəlincə, bu, Azərbaycanın daxili işi olduğu üçün sazişin əsaslandığı prinsip deyil”, - Əmirbəyov deyib.

O bildirib ki, ölkələr arasında sülh müqaviləsi beynəlxalq hüquqa əsaslanan beş bənddən ibarət olacaq.

"Razılaşmanın layihəsi dövlətlər arasında sərhədlərə hörmətlə yanaşı, iki ölkənin suverenliyinin və ərazi bütövlüyünün tanınmasını təmin edir, həmçinin tərəflərin bir-birinin daxili işlərinə qarışmamasını bəyan edir”, – E.Əmirbəyov qeyd edib.

Cebhe.info