Ermənistan Naxçıvanı atəşə tutdu
Sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
Bu barədə "Cebheinfo.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunur ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
"Cebheinfo.az"