Eynulla Fətullayev: ““Haqqin.az”-da bütöv payımı satmışam”

Eynulla Fətullayev: ““Haqqin.az”-da bütöv payımı satmışam”

"Eynulla nazir və ya bələdiyyə sədri olub ki, onun da yerinə təyinat olsun?”

“Cebheinfo.az” xəbər verir ki, bunu “Haqqın.az” saytının keçmiş sahibi Eynulla Fətullayev deyib.

O bildirib ki, “Haqqin.az” MMC-ni satıb: ““Haqqin.az” MMC-ni, bütöv payını satmışam. Səbəblər və gələcək planlarım barədə əlavə geniş açıqlama verəcəyəm”.

Xatırladaq ki, bu gün mətbuatda “Haqqın.az” saytına yeni rəhbər təyin edilməsi xəbər yayılıb.

Məlumata görə, bu vəzifəyə “Caliber.az” saytının baş redaktoru Teymur Hüseynov gətirilib. O, "Caliber"-in kollektivi ilə vidalaşıb. Yeni rəhbər təyin olunduğu kollektivə təqdim edilərək fəaliyyətə başlayıb.

Xəzər

“Cebheinfo.az”