Fermerlərə şad xəbər: Subsidiya kartları ilə bağlı YENİ QƏRAR

Fermerlərə şad xəbər: Subsidiya kartları ilə bağlı YENİ QƏRAR

Kənd təsərrüfatı məhsulları istehsalçısı olan kiçik və orta fermer təsərrüfatı sahiblərinə yetişdirdikləri məhsulların dəyəri nağd şəkildə deyil, “Fermer kartı” vasitəsilə ödənilir. 

Yəni, fermerlər onlar üçün ödənilməsi nəzərdə tutulan subsidiyanı “Fermer kartı”ları vasitəsilə əldə edir. Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 faizini isə qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilirlər. Lakin sahibkarlara təqdim olunan "Fermer kartı" daimi deyil, müəyyən müddəti əhatə edir və adətən 1 illik verilir. Yeni dəyişikliyə əsasən, "Fermer kartı"nın müddəti 10 il uzadılıb. 

Bu barədə, Cebhe.info-ya fermerlər sahibkarlar məlumat verib. Belə ki, kart müddəti bitən və yenisi üçün müraciət edən vətəndaşlara bank tərəfindən kart verilməyib. 

Bank əməkdaşları sahibkarlara artıq kartların dəyişdirilməsinə ehtiyac olmadığını, müddətin artırıldığını, bu barədə banklara təlimatın yanrın 25-də verildiyin bildiriblər. Onların sözlərinə görə, artıq subsidiya kartlarını uzun müddət dəyişdirməyə ehtiyac qalmayacaq.
 
Naibə 
Cebhe.info