Nazir TDT-nin Baş katibi ilə görüşüb

Nazir TDT-nin Baş katibi ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin 9-cu iclası çərçivəsində TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömüralıyev ilə görüşüb.

Bu barədə “Cebheinfo.az”-a Elm və Təhsil Nazirliyindən məlumat daxil olub.  

Görüş zamanı türk dünyasında ümumi və ali təhsil sahələrində birgə proqram və təşəbbüslərin həyata keçirilməsi, eləcə də Nazirlər iclası çərçivəsində qəbul olunmuş əsas qərarlar müzakirə edilib. 

Tərəflər həmçinin TDT çərçivəsində təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Nigar
“Cebheinfo.az”