Son 25 ilin ən güclü zəlzələsi imiş

Son 25 ilin ən güclü zəlzələsi imiş

Tayvanda dünən baş verən zəlzələ son 25 ilin ən güclü zəlzələsi olub.

Sonuncu dəfə adada güclü zəlzələ 21 sentyabr 1999-cu ildə qeydə alınıb və 2,4 min insan həlak olub.

“Cebhe.info” xəbər verir ki, Tayvanın Hualien qraflığında baş verən zəlzələ son 25 ildə adada baş verən ən güclü zəlzələ olub. Bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsinin rəhbəri Vu Jianfu məlumat verib.

“Bugünkü 7,2 bal gücündə zəlzələ 21 sentyabr 1999-cu ildən bəri ən güclü zəlzələ olub. Zəlzələlər bütün Tayvanda, o cümlədən mərkəzi və şimal hissələrdə hiss olunub”, - “Zhongshi Xinwenwan” portalı mütəxəssisdən sitat gətirib.

21 sentyabr 1999-cu ildə Jiji şəhərində 7,3 bal gücündə zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində 2,4 min nəfər həlak olub, daha 11,3 min nəfər yaralanıb.

Xəzər

“Cebhe.info”