25 gün öncə yanan qadın bu gün xəstəxanada ölüb

25 gün öncə yanan 63 yaşlı qadın bu gün xəstəxanada ölüb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə 31 dekabr tarixində Sumqayıtın Kotec qəsəbəsində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Sahibə Hüseyn qızı Hüseynova evdə manqal qalayarkən ehtiyatsızlıq nəticəsində yanıb.
O dərhal xəstəxanaya çatdırılıb. Aparılan müalicə və müayinələrə baxmayaraq o bu gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"